Tüstü dəsti
Ən çox seçilən dəst. İçki masasını kiçik bir ritual halına gətirir — buna görə açılış anı yadda qalır.
- Single malt viski
- Qapaqlı kristal stəkan cütü
- 4 polad daş və maşa
- 6 növ ağac çipsi
- Smoker alışqanı və palıd disk
Qapaqda ad və tarix həkk olunur, hər əşya öz yuvasında oturur. 10 dəstdən 500 dəstə qədər hazırlayırıq.
Hər dəst nümunədir — əşyanı çıxarın, əlavə edin, büdcəyə uyğunlaşdırın. İçki şirkət tərəfindən seçilir və ya bizim təklifimizdən götürülür. Qiymət tərkib və saydan asılıdır, dəqiq rəqəmi DM-də veririk.
Ən çox seçilən dəst. İçki masasını kiçik bir ritual halına gətirir — buna görə açılış anı yadda qalır.
Stəkanların üzərində alan şəxsin adı və peşə emblemi. Həkim, hüquqşünas, mühəndis — emblem sifarişə görə çəkilir.
Tərəfdaşlar və rəhbərlik üçün. Qədəhlərin üzərinə ad yazılır, qutu isə masaüstü qutu kimi qalır.
Lazer səthin özünə işləyir: silinmir, qabarmır, illər sonra da qalır. Şrift ölçüsü və yerləşməsi sizin təsdiqinizlə gedir — istehsala keçməzdən əvvəl nümunə göndəririk.
Logonu vektor formatda (AI, SVG, PDF, EPS) göndərin. Yalnız JPG varsa, əlavə ödəniş olmadan özümüz vektora çeviririk.
Logonu göndərSıra dəyişmir — hər mərhələ növbətisinin şərtidir. Ümumi müddət say və materialdan asılıdır.
Say, büdcə aralığı, kimə veriləcək və hansı tarixə lazımdır.
Əşyalar seçilir, ona uyğun qutu ölçüsü və içlik sxemi çıxarılır.
Adın və logonun yerləşməsi razılaşdırılır, təsdiqdən sonra istehsala düşür.
Yığım, yoxlama, qablaşdırma və ünvana çatdırılma.
Sayı və təxmini büdcəni yazın — bir neçə variantı foto ilə göndərək. Mağazaya gəlib qutuları əl ilə də seçə bilərsiniz.